BİRJA

Neftin qiyməti 9 dollara düşə bilər – BƏDBİN PROQNOZ
20 APREL
948

Neftin qiyməti 9 dollara düşə bilər – BƏDBİN PROQNOZ

2016-04-20 10:07:00

Neft bazarında bolluq qarşıdakı dövrdə də davam edəcək və tamamilə mümkündür ki, neftin qiyməti 9 dollarlıq həddə qayıtsın. Fins.az-ın məlumatına görə, bu barədə «SBI Markets» beynəlxalq treydinq və konsaltinq şirkətinin direktoru Sem Barden bildirib.

Qeyd edək ki, son 30 ildə Brent markalı neftin ən aşağı qiyməti 1998-ci ilin dekabrında qeydə alınıb – bir barreli 9,1 dollar. S.Barden bildirib ki, neft anbarlarında yer çatışmazlığı ilə yanaşı, daşımalarda da bolluq var. Beləliklə, böyük həcmdə neft yükləri üçün tanker də çatışmır. «Bütün bunların səbəbindən yaxın vaxtlarda neftin qiyməti 25 dollardan da aşağı düşəcək»-deyə şirkət rəhbəri proqnoz verib. Qeyd edək ki, bu səhər dünya bazarında neftin qiyməti azalıb.

Eləcə də bax: Doha görüşünün nəticəsiz qalması nefti kəskin ucuzlaşdırdı

Şirkət rəhbəri bildirir ki, neft ölkələrinin hasilatı azaltmaq təşəbbüsləri də vəziyyəti düzəltməyəcək. Qeyd edək ki, belə görüş bir neçə gün əvvəl Qətərin paytaxtı Dohada keçirilib və nəticəsiz başa çatıb. Barden bildirib ki, Doha da neft hasilatının «dondurulması» barədə müqavilənin imzalanması şansı yoxdur və iştirakçılar arasında fikir ayrılıqları da gözlənilən idi. Onun sözlərinə görə, hətta razılaşma əldə edilsə də, bu çətin ki, neftin qiymətinin artmasına səbəb olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272