BİRJA

Daha 20 milyon manatlıq istiqraz satıldı – GƏLİRLİLİK 15% OLDU
19 APREL
388

Daha 20 milyon manatlıq istiqraz satıldı – GƏLİRLİLİK 15% OLDU

2016-04-19 17:32:00

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009492 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan fins.az-a verilən məlumata görə, sifarişlər 6 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,464,300.00 AZN təşkil edib. Onlar 92.1659 (gəlirlik 17.1878%) və 95.9300 (gəlirlik 8.5791%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.8967 (gəlirlik 13.1436%) orta ölçülmüş qiymət 94.3208 (gəlirlik 12.1753 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 18 oktyabr 2016-cı ildir.

Bu gün həmçinin BFB-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010498 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Sifarişlər 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 12,049,700.00 AZN təşkil edib. Sifarişlər 84.0344 (gəlirlik 19.1035%) və 91.3500 (gəlirlik 9.5212%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 87.0100 (gəlirlik 15.0115%) orta ölçülmüş qiymət 89.8585  (gəlirlik 11.3482 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi  18 aprel 2017-cı  ildir. 5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270