BİRJA

Neftlə bağlı yeni proqnoz – 30 dollar
18 APREL
536

Neftlə bağlı yeni proqnoz – 30 dollar

2016-04-18 19:44:00

Aparıcı analitik mərkəzlər Dohada neft ixracatçılarının uğursuz görüşündən sonra neftin 1 barelə görə 30 dollara düşəcəyini proqnozlaşdırıb. İqtisadçılar OPEK-ə daxil olmayan ölkələrin neftin hasilatını azaltmalı olacağını düşünür. 

“Bu çox neqativ hadisədir. Yaxın günlərdə neftin 1 bareli 30 dollara qədər ucuzlaşa bilər”- deyə  Natixis şirkətinin analitiki Abişek Delpand proqnoz verib.

UBS şirkətinin məlumatına görə isə neftin qısa müddətdə 30 dollara düşməsi ən real ssenaridir. Goldman Sachs investiya şirkəti isə bildirib ki, dünya bazarında 1-1,5 milyon barel artıq neft var və "qara qızıl”ın qiyməti 2016-cı ilin ikinci yarısında kəskin ucuzlaşmaqda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275