BANK

Bağlanan banklarda fiziki şəxslərin 17min manatadək kreditor tələbi "Kapitalbank"-da ödəniləcək-TARİX
07 OKTYABR
338

Bağlanan banklarda fiziki şəxslərin 17min manatadək kreditor tələbi "Kapitalbank"-da ödəniləcək-TARİX

2019-10-07 19:37:00

Fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Fins.az xəbər verir ki, bu barə Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb

Məlumatda bildirilir  ki, ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq. 

Qeyd olunur ki fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır