BANK

Elşən Allahverdiyev: "Bəzi saxta ekspertlər qərəzlə uğurlara kölgə salmağa çalışır"
04 OKTYABR
490

Elşən Allahverdiyev: "Bəzi saxta ekspertlər qərəzlə uğurlara kölgə salmağa çalışır"

2019-10-04 18:53:00

Qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ölkədə vahid maliyyə nəzarəti qurumu funksiyasını həyata keçirən  Maliyyə Bazarlarına Nəzarət Palatası  maliyyə bazarlarında dayanıqlı inkişafın mühüm ünsürlərindən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması, effektivliyinin artırılması məqsədilə irimiqyaslı tədbirlər həyata keçirib. Son dövrlər uğurlu fəaliyyəti nəticəsində Palata Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv qəbul edilib , 40-dan çox beynəlxalq təşkilat və xarici dövlətin nəzarət orqanları ilə məhsuldar əməkdaşlıq həyata keçirib.Qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərinin kəskin azalması nəticəsində maliyyə sektorundakı böhran fonunda yaradılmasına baxmayaraq, qısa müddət ərzində çox böyük uğurlar  əldə edib. Bank sektoruna yönəlmiş islahatların makroiqtisadi sabitliyin və maliyyə inklüzivliyinin təmin olunmasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının çox böyük rolu olub.  Ümumilikdə MBNP tərəfindən həyata keçirilmiş tədbirlər Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Asiya İnkişaf Bankı (ADB), İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), FİTCH beynəlxalq reytinq agentliyi, Moody’s beynəlxalq reytinq agentliyi, Standard & Poor's beynəlxalq reytinq agentliyi və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirib.

Çox təəssüf ki, ölkəmizdə obyektivliyi şübhə altında olan, yalnız şəxsi mənafeyinə əsaslanan mövqedən çıxış edən maliyyə savalılığı çox aşağı səviyyəli və bu sahədə özü-özünü ekspert elan etmiş şəxslər  Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə qiymət verməyə çalışır.Obyektivlikdən uzaq yanaşma eyni zamanda heç bir fakta əsaslanmayan populist xarakterli fikirlərlə Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirdiyi irimiqyaslı fəaliyyətə kölgə salan bu şəxslər təbii ki, müəyyən arzuolunmaz maraqlara xidmət edir. Cəmiyyətdə əsasən üsyankar imic yaratmağa çalışan belə şəxlər özü özü-özünü ekspert adlandırır. Bu sahədə səthi biliklərə malik olan iqtisadi sahədə ekspert kimi təqdim olunması, maliyyə sahəsində fəaliyyət göstərən dövlət qurumunun həyata keçirdiyi tədbirlərə qiymət verməsi hansı dərəcədə obyektiv olması təbii ki,  sual altındadır. Məlumdur ki, belə qərəzli insanlardan səsləndirdiyi fikirləri əsaslandırması tələb olunanda heç bir tutarlı arqument ortaya qoya bilmir. Bununla yanaşı hər hansı “ekspert”in , maliyyə sahəsində nə dərəcədə obyektiv və həqiqətə uyğun olan arqumentlər ortaya qoyması da təbii ki, sual altındadır.

Çox təəssüflə qeyd etməliyik ki, belə qeyri peşəkar yanaşma sərgiləyən “ekspert”lərin dövlət qurumu barədə  qərəzli fikirləri tirajlaması cəmiyyətdə Maliyyə Bazarlarına Nəzarət Palatası barədə müəyyən yalnış fikirlərin formalşmasına səbəb ola bilər. Belə qeyri obyektiv özü-özünü ekspert adlandıran şəxslərin Maliyyə Bazarlarına Nəzarət Palatası barədə  həqiqəti əks etdirməyən fikirləri təbii ki, qurumun mətbuat əlaqələndiricisininin haqlı narazılığına səbəb olub. Belə ki, Palatanın mətbuat xidmətinin sədri Elşən Allahverdiyev  facebook sosial şəbəkəsindəki hesabında qeyri obyektiv fikirləri ilə qərəzli mövqe sərgiləyən saxta ekspertlər barədə fikirlərini bölüşüb. O qeyd edib ki, “Beynəlxalq reytinq agentliyi və digər beynəlxalq təşkilatlar ölkəmizin maliyyə bazarlarında son dövrlər görülən işləri yüksək qiymətləndirir və sektorun gələcəyini müsbət proqnozlaşdırır. Təəssüflər olsun ki, bəzi saxta ekspertlər (şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanlara ekspert demək mümkündürsə) bu inkişafı görməzdən gəlir və israrla, qərəzlə bu uğurlara kölgə salmağa çalışır”.  Palata rəsmisi fikirlərinin davamında qeyd edib ki,” “Fitch Ratings”in qiymətləndirməsinə əsasən Azərbaycan Cənubi Qafqazda birincidir. Belə ki, Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatda ölkəmiz öz müsbət mövqeyini qorumuş və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirmişdir”

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır