BANK

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri dəyişdi
04 OKTYABR
236

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri dəyişdi

2019-10-04 18:41:00

Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu, “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyevdir.

O, indiyə qədər AMFA-nın İH-nin sədr müavini olub və yeni vəzifəsində Süleyman Kələşovu əvəz edib. Keçmiş sədr isə bundan sonra İH-nin üzvü kimi fəaliyyətini davam etdirəcək. 

AMFA-nın İcraçı direktoru Jalə Hacıyevadır.

 

© “Report” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır