BANK

Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialını və Qax şöbəsini də yenidən qurdu
04 OKTYABR
116

Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialını və Qax şöbəsini də yenidən qurdu

2019-10-04 14:53:00

Xidmət keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə filialların transformasiyası layihəsini həyata keçirən Azərbaycan Beynəlxaq Bankı filial və şöbələrin müasirləşdirilməsi tədbirlərini davam etdirir.

Bu layihə çərçivəsində yenidən qurulmuş növbəti xidmət ofisləri bankın Nərimanov filialı və Qax şöbəsi olub. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı əvvəlki ünvanında - Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi – 94-də yerləşən binasında müştərilərə xidmət göstərir. Qax şöbəsi isə ünvanını da dəyişib. Şöbə bundan sonra öz fəaliyyətini Qax şəhəri, İmam Mustafayev küçəsi - 33 ünvanındakı yeni binasında davam etdirəcək. 

Geniş ərazidə yerləşən hər iki bina əsaslı təmir edilərək bankın korporativ üslubuna, müasir xidmət standartlarına tam uyğunlaşdırılıb, müvafiq bankçılıq texnologiyaları ilə təchiz edilib. Həm Nərimanov filialında, həm də Qax şöbəsində müştərilərə yüksək xidmət üçün hər cür şərait yaradılıb.

Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialında kassa-hesablaşma əməliyyatları, istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli bank məhsul və xidmətlərindən istifadə edə bilərlər. Qeyd edək ki, Nərimanov filialı şənbə günləri də müştərilərin xidmətindədir.

Qax rayonunda bank məhsul və xidmətlərinə ehtiyacı olan müştərilər də Azərbaycan Beynəlxalq Bankının onlar üçün kifayət qədər əlçatan Qax şöbəsinin yaratdığı çeşidli imkanlardan faydalana bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır