BANK

“Komplayns” Qrupunun növbəti görüşü
04 OKTYABR
131

“Komplayns” Qrupunun növbəti görüşü

2019-10-04 12:32:00

Azərbaycan Banklar Assosiasiyasının  “Komplayns” Ekspert Qrupunun “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” (bundan sonra Qayda) ilə bağlı növbəti görüşü keçirilib.

Görüş zamanı müvafiq Qaydada nəzərdə tutulan məsafədən bank hesablarının açılması zamanı  müştərilərin eyniləşdirilməsi prosesinin müzakirəsi aparılmışdır. Əlavə olaraq görüşdə masəfədən hesab açma prosesinin PY/TMM haqqında Qanunvericilik çərçivəsində aparılmasına dair irəli sürülən təkliflər dəyərləndirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır