BANK

Banklar Assosiasiyasının sədri: " Azərbaycanın bank sektorunda 7,2 milyon kart mövcuddur"
04 OKTYABR
92

Banklar Assosiasiyasının sədri: " Azərbaycanın bank sektorunda 7,2 milyon kart mövcuddur"

2019-10-04 11:29:00

Bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.

Fins.az xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib ki, bütün maliyyə bazar iştirakçılarının eyni platformada olması vacibdir: “Bundan başqa, mikro maliyyə təşkilatlarının fəaliyyətinin hüquqi bazada tənzimlənməsinin tərəfdarıyıq. Biz bu sahədə digər ölkələrdə aparılan işlərdən geri qalmamalıyıq. Bütövlükdə cəmiyyətin rəqəmsallaşmanın tənzimlənməsinə dair hüquqi bazaya nail olmalıyıq".

Bundan başqa, onun sözlərionə görə, hazırda Azərbaycanın bank sektorunda 7,2 milyon kart mövcuddur.

“Son 1 ildə ölkədə nağdsiz ödənişlər 58% artıb”, - deyə ABA sədri qeyd edib. 

(c) report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır