BANK

Bank tarixində kredit kartı məlumatlarının ən böyük oğurluğu baş verib
03 OKTYABR
188

Bank tarixində kredit kartı məlumatlarının ən böyük oğurluğu baş verib

2019-10-03 17:45:00

Rusiyanın “Sberbank”ından müştərilərinə məxsus 60 milyon kredit kartından (həm mövcud, həm bağlanan) məlumatlar oğurlanıb.Hazırda 18 milyon aktiv kredit kartı olan “Sberbank” kredit təşkilatı daxilində istintaqın başladıldığını söyləyib.

Kredit kartları haqqında məlumat, Rusiyada qadağan edilmiş bir İnternet forumunda satışa çıxarıldığı və “Hacker”in 200 kredit kartı məlumatını "sınaq" məqsədi ilə potensial müştərilərə satdığı qeyd olunub.

Ekspertlər Rusiya bank tarixindəki ən böyük sızıntı olduğunu qəbul edərək nəticələrin bütün bank sektoru üçün pis olacağına inanırlar.

Xatırladaq ki, Avropanın da ən böyük bankları sırasında yer alan “Sberbank”, Müstəqil Dövlət Birliyi, Orta və Şərq Avropa ölkələri ilə yanaşı, Türkiyə, Çin və Hindistan kimi ölkələrdə də fəaliyyət göstərir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır