BANK

AGBank ASC bankomat şəbəkəsini genişləndirir
03 OKTYABR
112

AGBank ASC bankomat şəbəkəsini genişləndirir

2019-10-03 14:12:00

AGBank ASC əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomat istifadəyə veribBankomat Bakı şəhəriCSəlimov küç., 7 ünvanında yerləşən  Rahat Market –də  quraşdırılaraq müştərilərin ixtiyarına verilmişdirBankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıbBankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 18 filial, 1 şöbə və Bakı, SumqayıtGəncə, YevlaxAğdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən 63 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidirBank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 

Məlumat üçün bildirək kiAGBankn bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsikommunal xidmətlərinin ödənilməsibir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.


AGBank. Zəngin olmaq-haqqınızdır. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır