BANK

Video görüntü ilə bank hesabının açılmasının ümumi prinsipləri
03 OKTYABR
136

Video görüntü ilə bank hesabının açılmasının ümumi prinsipləri

2019-10-03 10:36:00

Maliyyə Bazarlarına Nəzarət Palatasında “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilib.

Fins.az-ın məlumatına görə, keçirilmiş görüşdə video görüntü əsasında bank hesabının açılması üzrə ümumi prinsiplərin müəyyən edilməsi, video görüntünün təşkili, video görüntünün təşkili haqqında məlumatların açıqlanması, video görüntü zamanı müştərinin eyniləşdirilməsində uğursuzluq, bankın informasiya və telekommunikasiya texnologiyaları üzrə tələblər, habelə video görüntü zamanı təsvir və müsahibənin aparılmasına dair tələblərin əks olunduğu tövsiyələr müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır