BANK

POS-terminal və bankomatların sayı artıb
02 OKTYABR
104

POS-terminal və bankomatların sayı artıb

2019-10-02 14:15:00

2019-cu ilin avqust ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb. Mərkəzi Bankın hesabatına əsasən, bankomatların sayı 2.588-ə çatıb, onların 1.384-ü Bakıda, 1.204-ü isə regionlarda quraşdırılıb.

Avqust ayında ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 64 min 133 ədəd təşkil edib. İyul ayında bu göstərici 63 min 782 ədəd olub. Artım daha çox paytaxtdakı obyektlərdə quraşdırılan POS-terminalların hesabına baş verib. Əgər iyul ayında Bakıda istifadə edilən qurğuların sayı 38 min 139 ədəd olubsa, avqustda bu rəqəm 38 min 447 ədədə çatıb. Regionlarda quraşdırılan POS-terminallar isə iyul ayına nisbətən 43 ədəd artaraq 25 min 686 ədəd təşkil edib. POS-terminalların böyük əksəriyyəti pərakəndə ticarət sektorunda istifadədə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır