BANK

Dövriyyədə olan nağd pul və bank ehtiyatları -MƏBLƏĞ
02 OKTYABR
117

Dövriyyədə olan nağd pul və bank ehtiyatları -MƏBLƏĞ

2019-10-02 11:58:00

30 Sentyabr 2019-cu il tarixində pul bazası 10 milyard 217 milyon 300 min manat təşkil edib.

 Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, Avqust ayının sonu ilə müqayisədə Sentyabrda 59 milyon 700 min manat və ya 0,6% artıb.

İyul ayı ilə müqayisədə Avqustda pul bazası 416,7 milyon manat azalmışdı. 31 İyulda pul bazası 10 milyard 574.3 milyon manata çatmışdı.

2018-ci ilin sonu ilə müqayisədə isə pul bazası 671 milyon 600 min manat artıb. 29 Dekabr 2018-ci il tarixində pul bazası 9 milyard 545 milyon 700 min manat təşkil etmişdi.

 

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya
banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

 

Pul bazası (mln. AZN)

Tarix               Dəyər
30/09/2019   10217.3
30/08/2019   10157.6
31/07/2019   10574.3
28/06/2019   10376.9
31/05/2019   10172.4
30/04/2019   9495.1
29/03/2019   8946.3
28/02/2019   9014.1
31/01/2019   8709.2

29/12/2018   9545.7

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır