BANK

Ən iri bankla həmişəlik bağlanıb
01 OKTYABR
198

Ən iri bankla həmişəlik bağlanıb

2019-10-01 16:34:00

Danimarkanın ən iri banklarından olan “Danske” Estoniyadakı fəaliyyətini 2 il davam edən maliyyə qalmaqalından sonra oktyabrın 1-də dayandırıb.

Fins.az xəbər verir ki, Estoniyanın maliyyə tarixində ən böyük maliyyə qalmaqalına imza atmış bank barədə qərar cari ilin fevralında verilib. Oktyabrın 1-dən isə bu qərar qüvvəyə minib və bankın bütün nişanları ölkə ərazisindən yığışdırılmağa başlayıb.

Ötən il “Danske” bankı Estoniyadakı filialı tərəfindən 220 milyard dollar vəsaitin eston rezidenti və ya vətəndaşı olmayan şəxslərin hesabına axıdıldığı faktı açıqlanıb. Bir neçə gün əvvəl isə bankın Estoniya təmsilçiliyinin rəhbərinin cəsədi yaşadığı evin bağçasından tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır