BANK

Azərbaycanda bu BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir
30 SENTYABR
124

Azərbaycanda bu BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir

2019-09-30 20:41:00

Oktyabrın 28-də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazlarının, eləcə də yeni səhmlərinin emissiya edilməsi məsələləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır