BANK

Elman Rüstəmov: “Son 25 ildə manat cəmi 2 dəfə kəskin ucuzlaşıb”
30 SENTYABR
170

Elman Rüstəmov: “Son 25 ildə manat cəmi 2 dəfə kəskin ucuzlaşıb”

2019-09-30 20:32:00

Ölkədə biznes kreditlərinin illik faiz dərəcəsi, əsasən, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi əsasında formalaşır”.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov deyib.

“Bununla yanaşı, əmanət faizləri, eləcə də dövlət qiymətli kağızlarının da gəlirliliyi müəyyən qədər uçot dərəcəsindən asılı olaraq dəyişir. Burada birbaşa təsirə o vaxt nail olacağıq ki, inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik”, - o qeyd edib.

Bundan başqa, baş bankir bildirib ki, son 25 ildə Azərbaycanda orta illik inflyasiya 5% civarında olub, manat ABŞ dolları qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb: “Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır