BANK

Elman Rüstəmov :"Gəlirlərin həcmi təxminən 200 milyon dollar təşkil edəcək"
30 SENTYABR
168

Elman Rüstəmov :"Gəlirlərin həcmi təxminən 200 milyon dollar təşkil edəcək"

2019-09-30 17:57:00

Cari ilin sonunadək Mərkəzi Bank valyuta ehtiyatlarin idarə olunmasından gəlirlərin həcmi təxminən 200 milyon dollar təşkil edəcək. Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollardan çoxdur. "Biz başlıca olaraq ehtiyatlarimızı bazara mudaxiləmiz olduqca cüzidir ona görə də o konservativ artır. Başlıca mənbəmiz bütövlükdə ehtiyatların idarə olunmasından əldə olunan gelirlərdir",- deyə E. Rüstəmov qeyd edib. E. Rüstəmov əlavə edib ki, rezervlərin artırılması bankın başlıca məqsədi deyil. Əksinə mərkəzi bankın rezervlərinin neytrallığı onu göstərir ki, bank bazara müdaxilə etmir. "Yəni bank nə bazara Valyuta satır, nə də bazardan valyuta alır. Ancaq çox lazımı hallarda müəyyən səbəblərdən olaraq , məsələn Bank sektorunun likvidliyini təmin etmək lazım olduğu halda, bankların valyutası var amma manata ehtiyacları var. Belə hallarda biz müəyyən banklara köməklik edirik",- deyə E.Rustəmiv qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır