BANK

Beynəlxalq Valyuta Fondu Mərkəzi Banka üzən məzənnəyə keçidi sürətləndirməyi tövsiyə edir
23 SENTYABR
328

Beynəlxalq Valyuta Fondu Mərkəzi Banka üzən məzənnəyə keçidi sürətləndirməyi tövsiyə edir

2019-09-23 18:23:00

Azərbaycan Mərkəzi Bankı (AMB) 3-5 il ərzində hibrid inflyasiya hədəflənməsi rejiminə keçməyi planlaşdırır.  fins.az-ın məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri qeyd edirlər.

"Bu zaman AMB uçot dərəcəsi üzrə əməliyyat hədəfinə və məzənnənin sabit bazar göstəricisinə əsaslanacaq. Bu addım gələcəkdə inflyasiyanın tam hədəflənməsi üçün zəmin yarada bilər", - deyə fondun materiallarında bildirilir.

Eyni zamanda, BVF-nin ekspertləri hesab edirlər ki, hazırda müəyyən edilmiş sabit məzənnə (1,7 manat/$1 - İF) banklararası bazarın inkişafını məhdudlaşdırır.

Fond qeyd edir ki, kiçik bazar, likvidliyin idarə edilməsindəki çətinliklər, bankların həssaslığı və dollarlaşma AMB-nin faiz dərəcələrinə və inflyasiyaya təsir etməsini çətinləşdirir.

"Biz həm də Mərkəzi Bankın müstəqilliyinin möhkəmləndirilməsi, habelə üzən məzənnə rejiminə keçidin sürətləndirilməsi yolu ilə siyasətin əsaslarını təkmilləşdirməyi tövsiyə edirik", - deyə BVF-nin materiallarında qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır