BANK

“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir
22 SENTYABR
298

“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir

2019-09-22 19:19:00

Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.

Fins.az xəbər verir ki, “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq. Onu da qeyd edək ki, “Muğan Bank”la yanaşı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də eyni planı var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır