BANK

Azərbaycan bankı əməkdaşlarının maaşlarını artıracaq
22 SENTYABR
400

Azərbaycan bankı əməkdaşlarının maaşlarını artıracaq

2019-09-22 18:58:00

Oktyabrın 20-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206 (466-cı məhəllə) ünvanında olacaq.

Toplantının gündəliyinə “AFB Bank”ın əməkdaşlarının maaşlarına yenidən baxılması (artırılması) məsələsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır