BANK

Palata sahibkarlara “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövzusunda seminar keçib
17 SENTYABR
200

Palata sahibkarlara “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövzusunda seminar keçib

2019-09-17 17:05:00

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş sahiblik düşüncə tərzinin dəyişdirilməsi və maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Kapital bazarları vasitəsilə maliyyələşmə” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. 

Bu barədə fins.az-a Maliyyə Bazarlaraına Nəzarət palatasından məlumat verilib. Məlumatda bildilir ki,KOB subyektlərinin müasir dövrün tələblərinə uyğun olaraq alternativ maliyyə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılması məqsədi daşıyan seminarda kapital bazarından maliyyələşmənin üstünlükləri və maliyyələşmə istiqamətləri mövzusunda müzakirələr aparılıb. Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.

 İnteraktiv müzakirə və dialoq formatında keçirilən seminarda sahibkarlarla qiymətli kağızlar bazarında ticarət olunan maliyyə alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə imkanları və onun üstünlükləri, qiymətli kağızlar bazarının sahibkarlar üçün yaratdığı fürsətlər və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır