BANK

Azərbaycanda banklara yeni tələblər qoyulur -TƏLƏBLƏR
17 SENTYABR
2464

Azərbaycanda banklara yeni tələblər qoyulur -TƏLƏBLƏR

2019-09-17 12:03:00

"2020-ci ilin yanvarın 1-dən isə sistem əhəmiyyətli bankların 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 6%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12% müəyyən olunacaq"

Fins.az xəbər verir ki, bu barədə “Banklar və Biznes” Qəzetinə Azərbaycan Banklar Assosiasiyasının (“Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib. O, bildirib ki, son qaydalarda Maliyyə Bazarlarına Nəzarət Palatası bankları sistem əhəmiyyətli və sistem əhəmiyyətli olmayan banklara ayırıb. Fikirlərinin davamında Zakir Kazımov  qeyd edib ki, "Əgər bu gün 1-ci dərəcəli kapital üçün adekvatlıq əmsalına tələb 5%, məcmu kapital üçün 10%-dirsə, 2020-ci ilin yanvarın 1-dən isə sistem əhəmiyyətli bankların 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 6%, məcmu kapitalın adekvatlıq əmsalı isə 12% müəyyən olunacaq. Digər banklarda isə bu əmsala tələb 5% və 10% qalmaqda davam edəcək"

Qeyd edək ki, Bankların kapital adekvatlığı əmsalı əsas risk göstəricilərindən biri olub, bankın məcmu kapitalının onun riskli aktivləri qarşısında dayanıqlığını göstərir.Bu əmsalın yüksək olması bankın kapitalının onun riskli aktivlərə qarşı daha çox dayanıqlı olmasını, az olması isə tam əksini - bu dayanıqlığın pozulduğunu göstərir.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır