BANK

Mərkəzi Bank nağd pullarını bu sığorta şikətində sığortalayıb
17 SENTYABR
179

Mərkəzi Bank nağd pullarını bu sığorta şikətində sığortalayıb

2019-09-17 10:46:00

Azərbaycan Mərkəzi Bankı bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta şirkətlərini müəyyən edib. Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib.

“AMB bankın əsas vəsaitlərinin (əmlakının), nağd pul və nəqliyyat vasitələrinin sığortalanması üçün sığorta xidmətləri göstərəcək şirkətlərin seçimi üzrə tenderə yekun vurub”, - bankın nümayəndəsi bildirib.

Tenderin yekunlarına görə, bankın əsas vəsaitlərinin (əmlakının) sığortaçısı qismində "Ata Sığorta", nağd pulların sığortaçısı qismində - “PAŞA Sığorta”, nəqliyyat vasitələrinin (KASKO) sığortaçısı qismində - “AXA Mbask" Siğorta Şirkəti müəyyən edilib.

Tender şərtlərinə əsasən, AMB-yə əmlak və nağd pullarının sığortalanması üzrə xidmətlər 2019-cu il noyabrın 1-dən etibarən təqdim edilməli və 12 ay üçün nəzərdə tutulmalıdır. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlər (AVSMMİS) 2020-ci il yanvarın 25-dən etibarən 12 ay ərzində göstərilməlidir.

Hazırda AMB-yə əsas vəsaitlərin, nağd pulların və avtomobillərin sığortalanması üzrə “PAŞA Sığorta” şirkəti, avtonəqliyyat vasitələrinin sığortalanması üzrə "AXA Mbask" sığorta şirkəti xidmət göstərir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır