BANK

Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verdi
10 SENTYABR
159

Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verdi

2019-09-10 17:08:00

Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir. Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcə də kreditin müddətindən asılı olaraq dəyişə bilər.

Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir. 

Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. Ilkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan  mənzillərə şamil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır