BANK

Niyə banklar müştərilərə “cashback” ödəyirlər?
09 SENTYABR
184

Niyə banklar müştərilərə “cashback” ödəyirlər?

2019-09-09 16:20:00

“Cashback” (xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması) artıq həyatımızda adi bir şeyə çevrilib. Biz kart vasitəsilə ödəniş edirik, müqabilində əldə etmək istədiyimiz mal və ya xidməti alırıq, üstəlik bizə buna görə əlavə pul da verirlər.

Sizcə, bankların burada marağı nədir?  

Banklar alırlar:

  • Loyal müştərilər
  • Nağdsız ödəniş əməliyyatından tutulan komissiyalar
  • Kart hesablarında saxlanılan puldan istifadə etmək imkanı
  • Reklam xərclərinin azalması

Alıcıların aldığı “cashback” nə qədərdir?

Bankın sizə ödədiyi “cashback” sadəcə kiçik bonusdur. Düşünməyin ki, bu bonus sizə mal və xidmətləri yarı qiymətə almaq imkanını verəcəkdir. Adətən “cashback” kredit kartından xərclənən məbləğin 0,5-1%-ni təşkil edir.

Bəzən banklar müştərilərinə artan “cashback” kartlarından istifadə etməyi təklif edirlər (ümumi alış-verişin 1,5%-i və ya müəyyən kateqoriyalara daxil olan mal və xidmətlərin alış-verişindən 12%-i), bunun müqabilində kart sahibi banka ayda təqribən 125 AZN ödəməli olur

Xərclənən vəsaitin 30-50%-nin geri qaytarılması reallığa uyğun deyil. Bu sadəcə marketinqdir.

Banklara bundan nə fayda?

Banklar “cashback” dən nə fayda görürlər? Bəlkə burada da hansısa sualtı daşlar var?

Banklar hər tranzaksiyadan komissiya alırlar

Maliyyə-kredit təşkilatlarının qazancının bir hissəsini də komissiyalar təşkil edir. Əgər işçi maaşını nağd alırsa, daha sonra isə bu pulu mağazada xərcləyirsə, bank heç nə qazanmır. Bankların gəlir mənbəyi nağdsız ödəniş əməliyyatlarıdır, adətən komissiyalar 2% təşkil edir. Məhz buna görə də banklar müştəriləri kartlardan istifadə etməyə sövq edirlər.

Maliyyə təşkilatları kart sahibkarlarının pulundan istifadə edirlər

Bank istəyir ki, pul onun öz hesabında qalsın. Kredit təşkilatının əməkdaşları nəzarət etdikləri vəsaitləri müxtəlif layihələrdə yerləşdirə bilərlər. Bu, maliyyəçilər üçüm əlavə gəlir mənbəyidir.

Belə bir situasiya təsəvvür edək: aylıq maaşınız kartınıza köçür və siz gedib o pulu dərhal ATM-dən çıxararaq cüzdanınızda saxlayırsınız. Bu halda pul kütləsi bank hesabından fiziki şəxslərin cibinə “köç” etmiş olur.

Nağdsız ödənişlər insanlar üçün daha rahatdır, belə ki, üstünüzdə pul ilə dolu olan cüzdan gəzdirməli olmursunuz və pulunuzu itirmək təhlükəsindən azadsınız.

Buna baxmayaraq, nağdsız ödənişlərə güvənməyən insanlar da var. Belə müştəriləri cəlb etmək üçün banklar “cashback” təklif edirlər.

Reklam xərcləri üçün nəzərdə tutulan pul “cashback” ə xərclənir

Hər bir kommersiya təşkilatının büdcəsi istehlakçının diqqətini cəlb etmək üçün reklam xərclərini nəzərdə tutur. Banklar şəhərdə bir çox reklam lövhələri yerləşdirə və ya rəngarəng reklam rolikləri hazırlaya bilərlər.

Bəlkə, müştərilərə alış-veriş zamanı xərclədiyi pulun bir hissəsini geri qaytarmaq daha yaxşı ideyadır? Onda istehlakçı başa düşəcək ki, nağdsız ödənişlər daha rahat və sərfəlidir. Plastik kartlar üçün ən yaxşı reklam “cashback” dir.

“Cashback” vasitəsilə banklar müştərilərin loyallığını əldə edirlər

Maliyyə-kredit təşkilatları loyallıq proqramlarından çox aktiv şəkildə istifadə edirlər. Hər hansısa bankdan “cashback” alandan sonra, müştəri həmin maliyyə qurumunun təklif etdiyi digər xidmətlərinə də diqqət edir. Gec və ya tez o seçim qarşısında qalacaq: hansı bankdan kart götürüm, hansı banka yatırım edim, ödəniş əməliyyatını həyata keçirim və s.

Kart sahibləri “cashback”  üçün çox sərfəlidir, burada heç bir sualtı daşlar yoxdur.

Buna baxmayaraq, “cashback” banklar üçün də sərfəlidir. Əgər bu belə olmasaydı, banklar “cashback” xidmətindən çoxdan imtina edərdilər.

(c)banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır