BANK

Kreditə əlçatanlığı sadələşdirmək üçün bankların TƏKLİFİ
06 SENTYABR
360

Kreditə əlçatanlığı sadələşdirmək üçün bankların TƏKLİFİ

2019-09-06 17:13:00

Azərbaycan Banklar Assosiasiyasının bankların kreditləşmə istiqamətindəki rəhbər şəxslərinin üzv olduğu “Kredit işi” Ekspert Qrupunun növbəti iclası keçirilmişdir. İclasda kreditləşmənin və kreditə əlçatanlığın təkmilləşdirilməsi məqsədilə banklardan toplanılan təkliflərə yenidən baxılmış və bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.

İclasın sonunda məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır