BANK

Prezidentin fərmanı ilə borcu ödənilmiş şəxslərin tarixçəsindən problemli kreditlə bağlı məlumat silinir ?- RƏSMİ AÇIQLAMA
05 SENTYABR
215

Prezidentin fərmanı ilə borcu ödənilmiş şəxslərin tarixçəsindən problemli kreditlə bağlı məlumat silinir ?- RƏSMİ AÇIQLAMA

2019-09-05 12:13:00

Azərbaycan Kredit Bürosu  2019- cu fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə problemli kreditləri həll olunmuş vətəndaşların kredit tarixçəsində  Azərbaycan Kredit Bürosu tərəfindən  həmin problemli kreditlə bağlı məlumat çıxarılılması yaxud  həmin məlumat tarixçədə qalması ilə bağlı fins.az-ın sorğusuna cavab olaraq bildirib ki,“Kredit büroları haqqında” AR-nın Qanununun 6.1-ci maddəsinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatların toplanması, saxlanması, təhlil edilməsi və kredit hesabatlarının verilməsi ilə bağlı fəaliyyəti həyata keçirir. Qanunun 10.1-ci maddəsinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Qanunun müvafiq maddələrinə uyğun olaraq müvafiq məlumatlar kredit tarixçələrində qalmalıdır.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır