BANK

Bankomatlardan çıxarılan nağd pulun miqdarı açıqlanıb- MƏBLƏĞ
01 SENTYABR
231

Bankomatlardan çıxarılan nağd pulun miqdarı açıqlanıb- MƏBLƏĞ

2019-09-01 22:31:00

2019-cu ilin yanvar-iyul (7 ayda) dövründə debet və kredit  kartları vasitəsilə Azərbaycan daxilində aparılan əməliyyatların həcmi 11 milyard 485 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, ötən ilin 7 ayı ilə müqayisədə cari ilin 7 ayında debet və kredit  kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 771 milyon manat və ya 52,7% artaraq 2 milyard 232 milyon manat​ təşkil edib. Ötən ilin yanvar-iyul dövründə debet və kredit  kartları vasitəsilə aparılan nağdsız əməliyyatların həcmi 1 milyard 461 milyon manat (ATM-lər ilə 123 milyon manat, POS-terminallar ilə 599 milyon manat, elektron ticarət vasitəsilə 739 milyon manat) təşkil etmişdi.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır