BANK

Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının məbləği AÇIQLANIB
30 AVQUST
104

Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının məbləği AÇIQLANIB

2019-08-30 15:33:00

Azərbaycan Mərkəzi Bankının  beynəlxalq ehtiyatları bu ilin iyul ayının sonuna 5.962,8 mln. ABŞ dolları təşkil edib. Fins.az xəbər verir ki, Mərkəzi bankın verdiyi məlumata görə, bu göstərici ilin əvvəlindən 337,1 mln. dollar və ya 6 faiz, son bir ildə isə 415,9 mln. dollar və ya 7,5 faiz artıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar mərkəzi banklar tərəfindən ödəniş vasitəsi kimi qəbul olunan valyuta ehtiyatlarıdır. Bu ehtiyatlar qızıl və ya digər valyutalar şəklində ola bilər. Beynəlxalq ehtiyatlar, həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün də istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır