BANK

Avro kəskin ucuzlaşdı, FED faiz endiriminə gedəcək ?
23 AVQUST
405

Avro kəskin ucuzlaşdı, FED faiz endiriminə gedəcək ?

2019-08-23 15:39:00

Avro, Cümə günü FED sədri Jerome Powell-in gözlənilən kritik çıxışından öncə dollar qarşısında dəyərdən düşür.Fins.az xəbər verir ki, treyderler dollar qarşısında avronu satırlar.  

Treyderlər və investorlar FED-in Vayominq yığıncağında pul siyasəti ilə bağlı veriləcək məlumatları təqib edəcəklər. FED sədri Pauellin Jackson Hole-da edəcəyi çıxışın "daha az göyərçin" olacağı gözlənilir. Bu səbəbdən dollar bahalaşır.

Bakı vaxtı ilə saat 14:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 0.2 faiz düşərək 1.1059 ilə üç həftənin ən aşağı səviyyəsinə enib (Avro ucuzlaşıb, dollar bahalaşıb). Sterlinq/dollar məzənnəsi də Cümə axşamı günü yekun qiymətə görə təxminən dörd ayın ən güclü yüksəlişini reallaşdırmasından sonra 0.2 faiz azalma ilə 1.2222 səviyyəsinə geriləyib.
 

Bloomberg Dollar Spot İndeksi, dolların Yeni Zelandiya Dollarından başqa, bütün mühüm valyutalar qarşısında yüksəlməsilə 0.2 faiz artım qeyd edib.

Hər il ABŞ Mərkəzi Bankı -FED Cakson Jackson Hole Vayominqdə simpozium təşkil edir. Bu simpozium mərkəzi bankların nüfuzlu tədbirlərindən biridir.

Pauellin çıxışı Bakı vaxtı ilə 18:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır