BANK

FED-in faiz endirimi ilə bağlı növbəti kritik AÇIQLAMA
21 AVQUST
462

FED-in faiz endirimi ilə bağlı növbəti kritik AÇIQLAMA

2019-08-21 12:05:00

Britaniyanın transmilli investisiya bankı və maliyyə xidmətləri şirkəti "Barclays", ABŞ Mərkəzi Bankı -FED-in 2019-cu ildə daha 3 dəfə faiz endirə biləcəyini nəzərdə tutur. Bank, proqnozuna əsas olaraq yavaşlayan qlobal iqtisadi artımı göstərib.

"Barclays"a görə, FED hər 3 faiz endirimi qərarında faizləri 25 bənd aşağı salacaqdır.


FED İyul iclasında faizləri 25 bənd azaldaraq 2.00 -2.25% aralığına endirib.

Bankın baş ABŞ iqtisadçısl Michael Gapen, "Barclays"ın ABŞ iqtisadiyyatının gələn il 2% ətrafında artacağını və yavaşlayan qlobal inkişaf və güclənən dollardan qaynaqlanan aşağı istiqamətli risklərə görə FED-in Sentyabr, Oktyabr və Dekabr aylarında 25 bənd faiz endirimlərinə gedə biləcəyini qeyd edib. Bank, daha əvvəlki təxminlərində, FED-in bu il 2 dəfə faiz endiriminə gedə biləcəyini nəzərdə tuturdu.

"Barclays", Böyük Britaniyanın Avropa Birliyindən müzakirəsiz çıxacağı (müqaviləsiz Brexit), bunun nəticəsində İngiltərə iqtisadiyyatının gələn il mülayim bir durğunluğa girə biləcəyi və İngiltərə Mərkəzi Bankının biri bu il, digəri isə 2020-də olmaqla iki dəfə faiz endiriminə gedə biləcəyi proqnozunu verib.

"Barclays" iqtisadçıları  Avro Bölgəsinin 2020-ci il üçün iqtisadi artım təxminini 1%-dən 0.6%-ə endiriblər.

"Barclays", Böyük Britaniyanın Avropa Birliyindən müzakirəsiz çıxacağı (müqaviləsiz Brexit), bunun nəticəsində İngiltərə iqtisadiyyatının gələcək il mülayim bir durğunluğa girə biləcəyi və İngiltərə Mərkəz Bankının biri bu il, digər isə  2020-də olmaqla iki dəfə faiz endiriminə gedə biləcəyi proqnozunu verib. "Barclays" iqtisadçıları   Avro Bölgəsinin 2020-ci il üçün iqtisadi artım təxminini 1%-dən 0.6%-ə endiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır