BANK

Kapital Bank rəsmisindən fişinq hücumla bağlı AÇIQLAMA
20 AVQUST
286

Kapital Bank rəsmisindən fişinq hücumla bağlı AÇIQLAMA

2019-08-20 17:01:00

15 avqust tarixində Azərbaycanın Kapital Bank, Qazaxıstanın “HALYK BANK” və Kanadanın “Scotiabank”na hədəflənən fişinq hücumları qeydə alınması ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi  məlumat yaymışdı. Bu isə ölkəmizdə bankların təhlükəsizliyi məsləsini aktuallaşdırır.

Kapital Bank-ın mətbuat xidmətinin rəhbəri  Pərviz Sədrəddinov bununla bağlı fins.az-a açıqlama verərək bildirib ki, “Kapital Bank-ın BirKart üzrə olan kampaniyasının görüntülərindən istifadə edən dələduzlar sosial şəbəkələrdə bəzi yalançı səhifələr açıblar və bununla da müştərilərə qarşı xoşagəlməz hallara yol verməyə cəhd ediblər. Bununla bağlı tərəfimizdən bir sıra dövlət qurumlarına müraciət olunub və həmin səhifələr sosial şəbəkələrə şikayət olunaraq, bağlanılıb.

Rəqəmsal əməliyyatların inkişaf etdiyi ölkələrdə bu cür hallara mütəmadi olaraq rast gəlinir və müştərilər dələduzlar tərəfindən müəyyən vəsaitlər itirirlər. Məsələ ilə bağlı Kapital Bank olaraq həmçinin bütün müştərilərimizə xəbərdarlıq mətnləri göndərmişik və onları maarifləndirməkdə davam edirik. Saytınız vasitəsilə bir daha bildirmık istərdik ki, istənilən ödəniş kartı istifadəçiləri şəxsi və kart məlumatlarını yazarkən diqqətli olsunlar. Yalnız rəsmi saytlara, ödəniş portallarına və tətbiqlərə əməliyyat və ya ödəniş edərkən məlumatlarını daxil etsinlər”.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır