BANK

"Expressbank"da Biznesin inkişafı departamentinə yeni direktor təyin olunub
20 AVQUST
241

"Expressbank"da Biznesin inkişafı departamentinə yeni direktor təyin olunub

2019-08-20 16:49:00

"Expressbank"ın Biznesin İnkişafı Departamentinə və İnformasiya Texnologiyaları Departamentinə yeni rəhbərlər təyin edilib.Bankdan fins.az-a verilən məlumata görə, İnformasiya Texnologiyaları Departamentinin rəhbəri vəzifəsinə Şahin Kərimov, Biznesin İnkişafı Departamentinin rəhbəri vəzifəsinə Mehriban Ocaqquliyeva təyin edilib.

Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmış və Biznesin İnkişafı Departamentinin rəhbəri olmuşdu. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da  Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin  direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.

Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır