BANK

Azərbaycanda yalnız bu banklar gömrük xidməti göstərir
19 AVQUST
194

Azərbaycanda yalnız bu banklar gömrük xidməti göstərir

2019-08-19 17:36:00

Dövlət Gömrük Komitəsinin reyestrinə 12 bank daxildir.Bu barədə fins.az Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, həmin banklar "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Premium Bank", "Rabitəbank", "Unibank",  "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB" və "Yapı Kredi Bank Azərbaycan" ASC-lərdir.

Adları çəkilən kredit təşkilatlarından ilk 8-də bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır