BANK

ABŞ Mərkəzi Bankı-nın sədrindən faiz endirimi ilə bağlı YENİ QƏRAR
19 AVQUST
151

ABŞ Mərkəzi Bankı-nın sədrindən faiz endirimi ilə bağlı YENİ QƏRAR

2019-08-19 12:03:00

Fins.az -ın "Bloomberg"-ə istinadən verdiyi məlumta görə, ABŞ Mərkəzi Bankı FED -in sədri  Jerome Powell, cümə günü mərkəzi bankın illik Jackson Hole simpoziumunun açılışıda "pul siyasəti üçün çətinliklər" mövzusunda çıxış edəcək.

 Donald Trampın ticarət siyasəti ilə ön plana çıxan qloballaşmadan geri dönüş, 16.7 trilyon dollarlıq mənfi faizli istiqrazları da ehtiva edən həddindən artıq aşağı faizlər, ABŞ Prezidentinin FED-ə istiqamətlənmiş tənqidləri, ABŞ və dünyada artan durğunluq riski bəhs ediləcək mövzular arasında göstərilir.

FED sədri, Cümə günü Jackson Hole-da edəcəyi çıxışında faiz endiriminə hazır olduqlarının siqnalını verə bilər. Ancaq Fed sədrinin bəzi treyderlərin gözlədiyi kimi faizlərin 50 bənd aşağı salınması lazım olduğuna işarə verib-verməyəcəyi qeyri - müəyyəndir. 

FED-in Sentyabr ayında faizləri böyük ehtimalla 50 bənd endirəcəyi gözlənilir.  ABŞ-ın qarşıdakı 12 aylıq dövrdə durğunluğa girməsinə 40-50% ehtimal verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır