BANK

Bu investisiya şirkətinin broker xidmətlərindən gəliri 6 dəfədən çox artıb
17 AVQUST
220

Bu investisiya şirkətinin broker xidmətlərindən gəliri 6 dəfədən çox artıb

2019-08-17 23:16:00

“İnvestAZ” İnvestisiya Şirkəti QSC 2019-cu ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 Fins.az xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “İnvestAZ”ın cəmi gəlirləri 1 milyon 474 min manat, o cümlədən likvidliyin təminatı xidmətləri üzrə komissiya gəlirləri 873 min manat, broker xidmətləri üzrə komissiya gəlirləri 565 min manat, digər komissiya gəlirləri 19 min manat, tədris xidmətləri üzrə gəlirlər 14 min manat, xarici valyuta ilə dilinq əməliyyatlarından gəlir 4 min manat təşkil edib.

Ötən ilin 1-ci yarısı ilə müqayisədə “İnvestAZ”ın broker xidmətlərindən gəlirləri 6,5 dəfə artıb. 2018-ci ilin 1-ci yarısında “İnvestAZ” broker xidmətlərindən 86,5 min mnata komissiya gəlirləri əldə etmişdi.

Cari ilin 1-ci yarısında “İnvestAZ” İnvestisiya Şirkətinin cəmi xərcləri 1 milyon 731 min manat təşkil edib.

30 İyun 2019-cu il tarixində “İnvestAZ” 10 milyon 932 min manat cəmi aktivlərə, 8 milyon 934 min manat cəmi öhdəliklərə və 2 milyon manata yaxın cəmi kapitala malik olub. Şirkət 1,6 milyon manat nizamnamə kapitalına malikdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır