BANK

Qorxu artır, durğunluq gözlənilir
16 AVQUST
405

Qorxu artır, durğunluq gözlənilir

2019-08-16 09:48:00

ABŞ-ın 30 illik xəzinə istiqrazlarının faizi ilk dəfə 2 illik xəzinə istiqrazlarının faizindən aşağı düşüb. Fins.az xəbər verir ki, həmçinin 10 illik xəzinə istiqrazlarının faizi 2016-cı ilin Avqust ayından bu yana ilk dəfə 1,50%-dən aşağı düşüb.

Dünən ABŞ-ın 10 illik xəzinə istiqrazlarının faizi 2 illik istiqrazların faizindən aşağı düşümşdü. İndiyədək 5 dəfə belə vəziyyət yaranıb və sonra durğunluq başlayıb. İnvestorlar bu dəfə də durğunluq olacağını müzakirə edirlər.

Analitiklər istiqraz faizlərinə və gəlir əyrisinə baxaraq durğunluğun başlayacağına 80% ehtimal verirlər.ABŞ-ın dövlət istiqrazları, gəlirliliyi az da olsa, demək olar ki, risksizdir. Hazırda siyasi və iqtisadi risklər artdığından investorlar xəzinə istiqrazlarını daha çox alırlar. Bu səbəbdən də faizlər aşağı düşür.  

ABŞ və Çin arasında ticarət müharibəsi qlobal bazarlara mənfi təsir göstərir. ABŞ Prezidenti Donald Tramp "Çin ilə hər hansı bir razılaşma bizim şərtlərimiz ilə olmalıdır" deyib. Bu açıqlama investorların narahatlıqlarını daha da artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır