BANK

Azərbaycanda bu bank olmayan kredit təşkilatı zərərinin miqdarını AÇIQLAYIB
15 AVQUST
109

Azərbaycanda bu bank olmayan kredit təşkilatı zərərinin miqdarını AÇIQLAYIB

2019-08-15 13:11:00

"Falcon Finance" MMC bank olmayan kredit təşkilatı -BOKT 2018-ci ili 39 min manat zərərlə başa vurub. BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən təxminən 50% çoxdur.

Ötən il "Falcon Finance"ın gəlirləri 18 min manat, xərcləri isə 58 min manat təşkil edib. BOKT-un xüsusi ehtiyatlara ayırmaları olmayıb.

Bu il yanvarın 1-nə "Falcon Finance"ın aktivləri 311 min manat olub ki, bu da illik müqayisədə 15,7% azdır. Bunun 130 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 17,2% kiçilib.

Hesabat dövründə "Falcon Finance"ın öhdəlikləri təxminən 10% artaraq 11 min manata çatıb, balans kapitalı isə 16,2% azalaraq 301 min manata düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır