BANK

Azərbaycan manatı üçün əlamətdar gün
15 AVQUST
128

Azərbaycan manatı üçün əlamətdar gün

2019-08-15 09:16:00

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir. Azərbaycanın milli pul vahidi manat 15 avqust 1992-ci il tarixində dövriyyəyə buraxılıb

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əskinaslar dövriyyəyə buraxıldı. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Yeni dizaynla 1 və 10 manatlıq əskinaslar həmin şirkətdə istehsal olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır