BANK

Nağdsız ödəniş kartlarının sayı AÇIQLANIB
14 AVQUST
114

Nağdsız ödəniş kartlarının sayı AÇIQLANIB

2019-08-14 13:49:00

2019-cu ilin iyun ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 7 milyon 11 min ədəd olub. Fins.az xəbər verir ki, Mərkəzi Bankın statistikasına əsasən, bunun tərkibinə daxil olan əməkhaqqı, sosial və digər kartların sayında son aylarda artım qeydə alınıb. Əgər mayda əməkhaqqı kartlarının sayı 2 milyon 124 min olmuşdusa, iyunda bu rəqəm 2 milyon 146 minə çatıb. Sosial kartların sayı isə 2 milyon 587 mindən 2 milyon 604 minə çatıb. Kredit kartlarının sayında isə azalma müşahidə edilib.

İyunda kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 343 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 232 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 95 milyon manatı POS-terminallar, 16 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
2019-cu ilin iyununda debet və kredit kartları ilə aparılan əməliyyatların sayı 12 min 157 olub, iyulun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 694 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır