BANK

Elmir Əliyev: "Bank imkan vermir ki,bank tətbiqində fərqli bir bankın kartını əlavə etməklə balansınıza baxa biləsiniz"
14 AVQUST
709

Elmir Əliyev: "Bank imkan vermir ki,bank tətbiqində fərqli bir bankın kartını əlavə etməklə balansınıza baxa biləsiniz"

2019-08-14 12:23:00

 Rəqəmsal bankçılığın inkişafı hazırda ölkəmizdə mövcud olan bank sisteminin əsas inkişaf istiqamətlərini müəyyən edən amillərdən biridir. Azərbaycanda nağdsız ödənişlərin stimullşadırılması üçün rəqəmsal bankinqin inkişaf etdirilməsinin rolu böyükdür. Fins.az-ın müsahibi rəqəmsal bançılıq və fintexlər üzrə mütəxəssis Elmir Əliyevdir.

Rəqəmsal bankçılığın Azərbaycanda inkişaf etməsi üçün hansı addımların atılması zəruridir?

Rəqəmsal bankçılığın inkişafı üçün ilk növbədə qanunverici və requlyativ alətlərdə modifikasiya aparmaq lazımdır. Müştəri və bank münasibətlərinin rəqəmsallaşmağı qarşılıqlı fayda üzərdindən olduğu zaman daha faydalı və sürətli inkişaf mümkün ola bilər. Yəni rəqəmsal bankçılıq klassik bankçılığın rəqəmsala daşınmış növü deyil, doğurdan da istifadəçi üçün zaman və məkan baxımından real fayda yaratmalıdır. Konkret olaraq isə məsafədən şəxsiyyətin təsdiqi alətləri bu inkişafın ən prioritet şərtdir. Digər məsələlər isə müştəri təcrübəsinin bu alətlərdə şaxələndirilməsi, eləcə də funksional baxımdan səmərəli olmasıdır.


Bu günlərdə "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təstiq edildi,bu qaydaların tətbiq edilməsi Azərbaycan banklarında hansı müsbət irəliləyişlərə gətirib çıxaracaq?

MBNP -nin, Mərkəzi Bankın və Banklar Assosasiyasının cənab Prezidentin təsdiqlədiyi Strateji Yox Xəritəsindən ilhamlanaraq birgə fəaliyyəti nəticəsində təsdiqlənən bu qaydaların Azərbaycan bankçılığını bir növbəti inkişaf mərhələsinə keçid etməsinə böyük fayda verəcəyini düşünürəm.

Qısa təsvir etsək bank və müştərilər arasında məsafədən olmaqla rəqəmsal alətlər üzərindən hesabların açılması, kreditlərin rəsmiləşməsi kimi ən çox ehtiyac duyulan xidmətlərin həcmi yaxın 3 il ərzində ən azı 2 dəfə artacaq deyə düşünürəm.


Azərbaycan bank sektoru əsasən hansı sahələrdə hələ də inkişaf etmiş ölkələrdən çox geri qalır?

Ən çox geri qaldığmız nöqtə bank sektoru olaraq texnalogiyaların sürətli və faydalı tətbiqində olan gecikmələrdir. Banklarımız kifayət qədər nüfuzlu təşkilatlardan bu istiqamətdə konsultasiyalar alır, strategiyalar müzakirə edir amma bəzən real faydanı almaq üçün sadəcə kabinetdən çıxıb baş verənlərə baxmaq kifayət edir.

Mən son iki ay ərzində sahibkar olaraq 3 bankda eksperemental olaraq hesab açmışam və rahatlıqla onu deyə bilərəm ki, Vergilər Nazirliyinin və Bankların hazırki yanaşması ilə ölkə iqtisadiyyatı üçün problemə çevrilmiş Biznes kreditlərinin azlığı mövzusu  bundan sonrakı mərhələdə də, qalacaq. Çünki potensial sahibkarın bu prosseslərə itirəcəyi vaxt, gedəcəyi yerlər və təsdiqlədəcəyi sənədlər o qədər çox olmaqla yanaşı, həm də kompleksdir ki, bunu əksər insanlarımız ya alternativ yollarla əvəz edir və ya sadəcə olaraq etmir.

Konkret olaraq məncə müştəri təcrübəsi ilk növbədə banklarımız tərəfindən daha yaxşı öyrənilməli və qısa perspektiv üçün hədəflənmiş reklam şüarları deyil, real həllər hazırlanmalııdır.

 Online xidmətlərdən əhalinin daha çox istifadəsi və bu sahəyə güvənin artması üçün banklar hansı addımları atsa daha effektiv olar?

Məncə burada ilk növbədə etməməsi lazım olanlardan başlamaq lazımdır. Məsələn çox nüfuzlu banklarımızdan biri bu yaxınlarda məsafədən hesabın açılması xidmətini ictimayətə açıqlamışdı. Xidmədən istifadə etdikdən sonra bəlli oldu ki, siz məsafədən yalnız məlumatları öncədən təqdim edirsiz və bu xidmət əslində sizə hesab açılışını təsdiqləmək üçün banka getdiyiniz zaman vaxt itkisinin qarşısını almağa kömək edir. Yəni insanlarda deyilənlərlə gözlənti yaradıb, sonra müştəri təcrübəsini yarımçıq kəsmək məncə edilməməlidir. İnsanlarımızın rəqəmsal alətlərə marağının daima artırlması üçün real faydalı alətlər tətbiq olunmalıdır. Çünki əks halda qısa stimulyativ inisiativlərin - lotereya kimi - uzun perspektivdə fayda verməyəcəyini düşünürəm.

Azərbaycanda mobil tətbiqlər vasitəsilə ödənişlərin həyata keçirilməsinin geniş yayılmasına inzibati maneələr var yoxsa bu sadəcə müəyyən texniki sistemlərin ölkəmizə gəlib çıxmamasından irəli gəlir?

Mən inzibati maneələrdən danışardım daha çox. Bu həm tənzimləyici dövlət orqanaları tərəfindən edilir - məsələn xarici ödənişlər zamanı 18% lik verginin tətbiqi kimi, həm də banklar bəzən öz maraqları üçün bunu edir - məsələn bank imkan vermir ki, siz komunal ödənişləri digər prossesinq mərkəzinin ödəmə portalında edəsiniz. Və ya siz hər hansı digər bank tətbiqində fərqli bir bankın kartını əlavə etməklə balansınıza baxa biləsiniz. Bu cür istiqamətlər çoxdur əslində qeyd olunabiləcək

Müştəri bank münasibətlərinin müasir tələbləri nədir ?

Artıq müştəriləri oturub gözləmək deyil, onların sizin xidmətlərə ehtiyacı olduqlarını öncədən təxmin edib, onlara həmən an faydalı olacaq təklifləri verəbilmək müasir bankçılığın ilk tələbidir.

Müəllif:Aynur Qəniyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır