BANK

Palata bayram günləri işləməyən banklarla bağlı QAYNAR XƏTT təyin etdi
09 AVQUST
200

Palata bayram günləri işləməyən banklarla bağlı QAYNAR XƏTT təyin etdi

2019-08-09 16:12:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 12-13 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Fins.az xəbər verir ki, bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası məluamt yayımlayıb. Məlumatda bildirlir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.

Məlumatda həmçinin qeyd olunur ki, bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:Tel: (+994) 70 922 29 99

Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır