BANK

3 bank tərəfindən mobil ödəniş tətbiq ediləcək- MAĞAZALARDA SINAQDAN KEÇİRİLİR
02 AVQUST
316

3 bank tərəfindən mobil ödəniş tətbiq ediləcək- MAĞAZALARDA SINAQDAN KEÇİRİLİR

2019-08-02 16:29:00

Avqust ayının 15-dən etibarən Azərbaycanın üç bankı tərəfindən NFC ("Near Field Communication") texnologiyaya əsaslanan təmassız mobil ödəniş xidməti tətbiq ediləcək. Bunu  layihəyə yaxın mənbə deyib.Məlumata görə, layihəyə “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və “Rabitə Bank” cəlb olunub. 

“Hazırda banklar tərəfindən NFC ödənişləri bir sıra mağazalarda sınaqdan keçirilir. Yeni növ ödəniş sisteminin tətbiqi ilə banklar plastik kartların emissiyasına, müştərilər isə onları əldə etməsinə çəkdikləri xərclərə qənaət edəcəklər. Belə ki, istifadəçilər pulqabılarında bir neçə kart gəzdirmələrinə ehtiyac qalmayacaq. Təmassız ödəniş aparmaq üçün kart məlumatlarını mobil əlavəyə daxil etmək kifayət edəcək”, - deyə mənbə qeyd edib.

Qeyd edək ki, NFC – qısa məsafələrdə məlumatların ötürməsini təmin edən texnologiyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır