BANK

"PaşaBank" rəsmisi: "Faizlər nisbətən daha uyğun ,aşağı səviyyədə olacaq"
02 AVQUST
263

"PaşaBank" rəsmisi: "Faizlər nisbətən daha uyğun ,aşağı səviyyədə olacaq"

2019-08-02 15:26:00

Azərbaycan qiymətli kağızlar bazarında Qara Dəniz Ticarət və İnkişaf Bankı "Paşa Bank" la birgə istiqrazların emissiyası ilə bağlı tədbir keçirib. Bu barədə Fins.az-a açıqlama verən "Paşa Bank"-ın baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, "Layihənin əsas məqsədi Kiçik və Orta biznesin inkişafına dəstəkdir.Əldə olunan vəsaitlər "Turanbank" vasitəsilə Azərbaycan bazarında kiçik sahibkarlığa yönəldiləcək. Təbii ki bu vəsaitlərin üstün cəhəti kiçik sahibkarların əziyyət çəkdiyi faiz məsəlləridir ki,nisbətən daha uyğun aşağı səviyyədə olacaq.Ən əsas məqsədlərdən biri bu idi bu da bu layihə nəticəsində əldə olundu. Artıq məlumdur ki, Qara Dəniz bankı hansı qiymətlərlə vəsaitləri cəlb edir.Hansı qiymətlərlə artıq "Turanbank"-a yönəldilib.Təbii ki, bu "Turanbank "-ın qərarı olacaq hansı qiymətlərlə yerli bazara yönləndirəcək .Nəzərə alsaq ki ,layihə kiçik sahibkarlığa dəstək məqsədi daşıyır.Düşünürəm ki,bazara uyğun qiymətlər olacaq.Sahibkarların bu vəsaitlərdən istifadə üçün standart üsullarla müraciət edərək əldə edə bilərlər.Təbii ki, hər bir müştərinin kredit riski nəzərə alınaraq ona bu kredit veriləcək."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır