BANK

Expressbank nağd pul kreditinin illik faizini 17- ə endirdi
01 AVQUST
144

Expressbank nağd pul kreditinin illik faizini 17- ə endirdi

2019-08-01 15:13:00

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən ölkənin aparıcı banklarından olan Expressbank müştərilərin nağd pul kreditini əldə etmək imkanını daha da rahatlaşdırdı. Artıq müştərilər 17% -dən başlayaraq 48 aya ödəmə imkanı olan 25.000 –dək nağd pul kreditini bankın istənilən filialına yaxınlaşıb rəsmiləşdirə bilərlər. Əmək haqqının on misli nağd pul üçün isə müştəridən zamin və girov tələb edilmir. Təhsil və tibb sahəsi üzrə çalışanlar isə nağd pul kreditini əmək haqqının 15 mislini zaminsiz əldə edə bilərlər.  Sürətli şəkildə rəsmiləşdirilən nağd pul kreditini əldə edən hər bir müştəriyə Expressbank tərəfindən dünyanın istənilən nöqtəsində keçərli olan Smilecard taksit kartı da hədiyyə edilir.

Bununla yanaşı nağd pul kreditindən faydalanmaq istəyən müştərilər bankın filiallarına gəlmədən, vaxtına qənaət edərək online sifariş də edə bilərlər.  ( https://www.exb.az/loans/cash/ linkinə keçid alaraq kredit sifarişini reallaşdırmaq mümkündür. )

Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır