BANK

Ən aşağı faizlə kredit verən banklar -SİYAHI
01 AVQUST
209

Ən aşağı faizlə kredit verən banklar -SİYAHI

2019-08-01 09:58:00

Fins.az-ın məlumatına görə, 2019-cu ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrini nisbətən endirib.

Belə ki, ötən ay “AtaBank”da nağd kreditlər üzrə faiz dərəcələri 23-26%-dən 20-24%-ə, avtomobil – 20-26%-dən 18-26%-ə salınıb, lombard – 22-26%-dən 24-28%-ə artırılıb.

“XalqBank”da nağd kreditlər üzrə faiz dərəcələri 22-28%-dən, avtomobil – 25-28%-dən, təmir – 22-28%-dən 16-20%-ə, təhsil – 18%-dən 15%-ə, biznes – 22-28%-dən 12-19%-ə endirilib.

“Nikoil Bank”da biznes kreditləri 28%-dən 25%-ə, “NBC Bank”da nağd - 24%-dən 22%-ə, “Turanbank”da - mikro, kiçik və orta – 20%-dən 19%-ə, nağd 20%-dən 16%-ə kimi düşürülüb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi “Xalq Bank” və “Turanbank”dadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır