BANK

FED faiz qərarını açıqladı
31 İYUL
290

FED faiz qərarını açıqladı

2019-07-31 22:06:00

Fins.az xəbər verir ki, Amerika Mərkəzi Bankı -FED 11 il fasilədən sonra faiz endirdi.

Qlobal bazarların səbirsizliklə gözlədiyi faiz qərarı açıqlandı.ABŞ Mərkəzi Bankının 2 gün davam edən iclası başa çatıb. İclasda faizin 2.50%-dən 2,25%-ə endirilməsi barədə qərar verilib.

Beləliklə, FED faizi 0,25 faiz bəndi azaldıb və faizlər 2.25-2.50% aralığından 2.00-2.25% aralığına düşüb. Analitiklər də Fedin 0,25 bənd faiz endirəcəyini gözləyirdilər.

FED -in faiz azaltmasının səbəblərindən biri ticarət müharibələrinin mümkün təsirinin ölkəni iqtisadi böhrana sala biləcəyi ehtimalıdır.

FED -in sonuncu dəfə qlobal böhran zamanı, 1 May 2008-ci il tarixində faizləri 0.25 bənd aşağı salmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır