BANK

Azərbaycan bazarında ilk dəfə onlayn əməkhaqqı kart sifarişi
31 İYUL
168

Azərbaycan bazarında ilk dəfə onlayn əməkhaqqı kart sifarişi

2019-07-31 12:10:00

Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank Azərbaycan bazarında növbəti bir ilkə imza atdı.

Belə ki, “Sizinlə bərabər Sizin üçün innovativ həlləri yaradırıq” yanaşmasını rəhbər tutaraq PAŞA Bank öz müştərilərinə iş yerini tərk etmədən əməkhaqqı layihəsinə qoşulmaq və əməkhaqqı kartlarını sifariş etmək imkanını yaratdı.

Əməkhaqqı layihəsindən yararlanmaq üçün Müştəri işçi sayını və aylıq əməkhaqqı fondunu qeyd etməklə şirkət üçün münasib olan tarifin təyin olunmasını həyata keçirə bilər.

Bununla yanaşı, Bankın Müştərisi işçilərinə ölkənin istənilən nöqtəsinə yeni əməkhaqqı kartlarını sifariş etmək üçün bu sadə addımları atmalıdır:
-işçinin şəxsiyyətini təsdiq edən sənədin FİN-ini və mobil nömrəsini daxil etmək;
-işçisinin "ASAN Finans" sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsini təqdim etmək.

Əlavə olaraq PAŞA Bank əməkhaqqı kartlarının bir sıra üstünlüklərini xatırlatmaq istərdik:
- Müştərinin xərclərinin və nağd pulun daşınma risklərinin azaldılması;
- Tarifinə uyğun olaraq PAŞA Bankın əməkhaqqı kart sahibləri üçün ölkənin bütün ATM şəbəkəsində pulsuz nağdlaşdırma imkanı;
- Əməkhaqqı Kart sahibləri üçün kreditləşmə və depozit yerləşdirmə imkanı;
- Əməkhaqqı Kart sahibləri üçün bir sıra mağaza, restoran və digər məkanlarda endirimlərdən istifadə etmə imkanı;
- PAŞA Bank Mobil Əlavə vasitəsilə əməkhaqqı kartı üzrə günün istənilən vaxtı hesaba nəzarət edilməsi, müxtəlif ödənişlərin həyata keçirməsi, cari platformada təqdim edilən digər bank xidmətlərinin sifariş edilməsi və s.

Onlayn Bank xidmətindən istifadə etmək üçün : https://pashabank.digital/login.html#/

PAŞA Bank Müştərisi olmaq üçün: https://onboarding.pashabank.digital/login.html#/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır