BANK

FED bu gün həlledici qərarını açıqlayacaq
31 İYUL
157

FED bu gün həlledici qərarını açıqlayacaq

2019-07-31 09:37:00

Bu gün FED-in 2008-ci ildən bəri ilk dəfə faiz endirməsi gözlənilir.Bu gün ABŞ Mərkəzi Bankının FED-in  faiz qərarı gündəmə istiqamət verəcək. FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Faizin 2,50%-dən 2,25%-ə endirələcəyi gözlənilir. 22:30-da isə FED sədrinin mətbaut konfransı başlayacaq. Bəzi FED müşahidəçiləri faizin 50 bənd azaldılacağı proqnozunu versələr də, əksər gözləntilər FED-in böyük bir həmlədən çəkinərək faizi 25 bənd azaldacağı istiqamətindədir. Həmçinin FED-in, tarixin ən yüksək səviyyələrindəki iqtisadi artımı və yenidən canlanan inflyasiyanı davam etdirmək üçün gələcək həmlələr üçün də açıq qapı qoyacağı ehtimal edilir.

ABŞ Mərkəzi Bankı sonuncu dəfə faizi ötən ilin dekabr ayında artırdıqdan sonra, ilin birinci yarısında gözləmə mövqeyi tutmuşdu. FED rəsmiləri faizi daha da artırmağı nəzərdə tuturdular. Lakin səngiyən qlobal iqtisadi artım, aşağı inflyasiya və ABŞ Prezidenti Donald Trampın tənqidləri FED-i yenidən faiz endirməyə məcbur edir. Tramp, faiz artırmaqla FED-in səhv etdiyini bildirir və tezliklə faizi aşağı salmağa çağırır. 

Mütəxəssislər, 25 bəndlik endirimin kifayət etməyəcəyini, FED-in növbəti aylarda əlavə endirimlər də edəcəyini gözləyirlər. ABŞ-da iqtisadi artım yüksək səviyyələrdə olsa da sürəti aşağı düşür.Analitiklər, bu gün FED-in 25 bəndlik faiz endirimini iqtisadi zəifləməyə qarşı bir sığorta kimi qəbul edildiyini qeyd edirlər. Analitiklərin sözlərinə görə, 50 bəndlik bir endirim iqtisadiyyatda aşağı istiqamətli risklərə işarə edə, bunun bazarlar tərəfindən "FED üzvlərinin narahat olduğu və bazarların bilmədiyi şeyləri bildikləri" kimi başa düşülməsilə nəticələnər. 

Faizin 25 bənd aşağı salınması qərarına ən böyük etirazın ABŞ Prezidenti Donald Tramp tərəfindən olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır